Xəbər lenti

İlham Əliyev Füzuliyə getdi
Siyasət13:38 28.08.2014

İlham Əliyev Füzuliyə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 28-də Prezident İlham Əliyev Füzuli rayonuna gedib.

Dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Parkında son vaxtlar aparılan genişləndirmə və yenidənqurma işləri uğurla başa çatıb. Parkın ərazisi 2 hektar yarım genişləndirilib. 

Yaşıllaşdırma işlərinin də aparıldığı parkda uşaqlar üçün əyləncə guşələri yaradılıb, bununla da əhalinin istirahətinin yüksək səviyyədə təşkilinə nail olunub.

Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyəti adından çıxış edən Məcnun Namazəliyev füzulililərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.//axar.az