Xəbər lenti

İlham Əliyev Makrona sərt cavab verdi - Politoloq
Siyasət09:00 02.11.2022

İlham Əliyev Makrona sərt cavab verdi - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev dünən Əlcəzairdə səfərdə olub. O, noyabrın 1-də Ərəb Dövlətləri Liqasının bu ölkədə keçirilən 31-ci Zirvə toplantısında iştirak və çıxış edib. Prezident bildirib ki, Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb: "Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”. 
Ölkəmizin də bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəmədiyini bildirən Azərbaycan Prezidenti deyib ki, biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik: "2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili” elan edilmişdi. Azərbaycanda İslam Həmrəyliyi oyunları keçirilmişdi. Bu oyunlar idman tədbirinə, həmrəylik festivalına və dostluq nümunəsinə çevrilib”. 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə xüsusi önəm verir: "Bizim Liqaya daxil ölkələrlə də yaxşı münasibətlərimiz var. Ümidvaram ki, yaxın gələcəkdə bu əməkdaşlığın yeni üfüqləri inkişaf edəcək. Biz, xüsusilə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə önəm veririk". 
Səfəri dəyərləndirən politoloq Turan Rzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, İlham Əliyevin bu tədbirə dəvət edilməsi onun İslam dünyası və dünya siyasi arenasında yüksək nüfuza malik olduğunun göstəricisidir:
"İlham Əliyevin Əlcəzairə səfəri Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakla bağlı idi. Bu da Azərbaycan Prezidentinin həm İslam dünyası, həm də dünya siyasi arenasında yüksək nüfuza malik olmasının göstəricisidir. Əlcəzair də Azərbaycanla ortaq tarixi keçmişə malikdir. Bu ölkə Fransanın müstəmləkəsi olub. Fransa digər Afrika ölkələrində olduğu kimi, Əlcəzairdə də insanlığa qarşı amansızlığı ilə seçilib. Bu ölkədə Fransa müstəmləkəçiləri 10 milyona yaxın insana qarşı soyqırım törədib. Buna baxmayaraq, bu günə qədər Paris Əlcəzairdən üzr istəməyib”. 
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan Prezidentinin Əlcəzair səfərində diqqət çəkən məqam onun açıq şəkildə Fransaya qarşı verdiyi mesajlardır:
"Paris Azərbaycana qarşı neqativ siyasət yürüdür. Fransa Prezidentinin son açıqlamaları, bu ölkənin parlamentində ölkəmizə qarşı çıxarılması gözlənilən sənəd məsələsi gündəmdədir. Bu məsələlər fonunda Azərbaycan Prezidentinin Əlcəzairdə Fransa əleyhinə səsləndirdiyi fikirlər Makrona şillə kimi bir cavab oldu. İlham Əliyev açıq şəkildə Fransanın Əlcəzairə qarşı haqsızlığını, soyqırım törətdiyini dilə gətirdi. Bu gün Azərbaycana qarşı soyqırım törədən erməniləri dəstəkləyən Paris zamanında soyqırım siyasətinin banisi olub. Bu mənada İlham Əliyevin verdiyi mesaj Makron üçün layiqli cavab oldu. Bu fonda Bakı Əlcəzair kimi ölkənin də dəstəyini qazanacaq. Bu iki ölkəni birləşdirən dəyərlər çoxdur və onlar vahid şəkildə əməkdaşlıq edə bilərlər”. 
Rüfət Sultan