
Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə baş vermiş terror aktını pisləyib.
APA-nın verdiyi məlumata görə, İ. Əliyev bunu Avstriya prezidenti Hayns Fişerlə görüşdən sonra deyib. O, Türkiyədəki terroru barbarlıq aktı adlandırıb.
Azərbaycan dövlət başçısı Suriyadakı münaqişənin inkişafından narahat olduğunu da söyləyib. O qeyd edib ki, münaqişənin yayılması riski var və bu, çoxlu sayda günahsız insanın ölümünə gətirib çıxara bilər.
Qaynar.info