Xəbər lenti

İlham Əliyev Zabit Səmədovla görüşüb - VİDEO
Siyasət05:50 03.09.2016

İlham Əliyev Zabit Səmədovla görüşüb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti  İlham Əliyev QroznıdaRusiya Federasiyasının Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşüb.

Dövlət başçısı Z.Səmədovu qazandığı qələbə münasibətilə təbrik edib.

Z.Səmədov görüşlə bağlı özünün rəsmi "Facebook" səhifəsində də yazıb. O, Prezidentlə görüşü vacib hadisə adlandırıb: “Nəhayət ki, mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Mən vətənpərvərəm, xalqıma, Prezidentimə, onun müdrik siyasətinə hörmətlə yanaşıram. Gələcək döyüşlərdə də xalqımın və ölkəmin şərəfini qoruyacağam”.(report)

Qaynarinfo.Az