Xəbər lenti

İlkin Həsəni yükdaşıma şirkətini məhkəməyə verdi (SƏBƏB)
Ekonomiks 13:30 28.08.2023

İlkin Həsəni yükdaşıma şirkətini məhkəməyə verdi (SƏBƏB)

Yükdaşıma şirkəti olan "Azcargo Logistics and Management  Services” MMC məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı "İlk Media” MMC-dir. İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. 

"Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur.

"Azcagro Logistics and Management Services” MMC bundan əvvəl "ASR-Traffik” MMC adı altında fəaliyyət göstərib. MMC həm də 188 yükdaşıma xidməti kimi tanınır. 

"İlk Media” MMC-yə gəlincə, şirkət 13 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Həsəni İlkin Aydın oğludur. 

İlk Həsəni tanınmış teleaparıcı, "Bozbaş Pictures” layihəsinin rəhbəri və "Şəmi müəllim” obrazının müəllifidir.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->