Xəbər lenti

İlkin Rüstəmzadə Qobustana köçürülür
Siyasət12:06 30.04.2015

İlkin Rüstəmzadə Qobustana köçürülür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vicdan məhbusu, Milli Şuranın üzvü, N!DA-çı gənc İlkin Rüstəmzadənin yaxınlarına verdiyi məlumata görə saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri Bəhram Əsgərov onun həmin müəssisədən üç il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə təqdimat yazıb. Bu barədə ona rəsmən xəbərdarlıq olunub. 

İlkin bəyə həmin müəssisədən ötürülən məlumatlara görə yalnız ömürlük məhbusların və xüsusi təhlükəli resedivist cinayətkarların saxlandığı Qobustan həbsxanasına köçürülməsini əsaslandırmaq üçün onun şəxsi işi saxtalaşdırılıb, şəxsi işinə ona dəfələrlə xəbərdarlıq edilməsi, töhmər verilməsi, karsa salınması haqqında məlumatlar yazılıb. Halbuki, özünün dediyinə görə, o, karsa salınmayıb, ona töhmət və xəbərdarlıq elan edilməyib.

İlkin bəy onu da bildirib ki, hələ 13 saylı müəsisəyə daxil olduğu doqquz yanvar 2015-ci il tarixində, maşından düşən kimi müəssisənin müdir müavin Mirzəli Mehdiyev ona Qobustana təqdimatının hazır olduğunu və özünü pis aparacağı təqdirdə hər an imzalana biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. İlkin bəy son aylar saxlandığı cəzaçəkmə müəssisəsində rəhbərliklə aralarında heç bir problem yaşanmadığını deyir, lakin görünür Azərbaycan hakimiyyəti onun "keçmiş xidmətlərini", konkret olaraq İşçi qruqla bağlı ifşaedici mövqeyini ona bağışlamaq niyyətində deyil. 

Qaynar.info