
İlqar Məmmədovdan təyinatlar.
Qaynar.info xəbər verir ki, Martın 25-də Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda iş planı və Təşkilat Komitəsinin Sədri, siyasi məhbus İlqar Məmmədovun təyinatları müzakirəyə çıxarılaraq təsdiq edilib.
Beləliklə İlqar Məmmədov, İctimai-siyasi məsələlər üzrə katib – Azər Qasımlını, Təşkilati məsələlər üzrə katib – Natiq Cəfərlini, Konseptual məsələlər üzrə katib – Erkin Qədirlini, Hüquqi məsələlər üzrə katib – Xalid Bağırovu təyin edib.
Qaynar.info