Xəbər lenti

İlqar Məmmədovla bağlı məhkəmənin vaxtı dəyişdi
Siyasət09:57 28.04.2016

İlqar Məmmədovla bağlı məhkəmənin vaxtı dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

*****13:30

Vəkil Fuad Ağayev bildirib ki,İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məhkəmənin vaxtı dəyişdirilib: “Şəki Apellyasiya Məhkəməsindən yenidən zəng vurub dedilər ki, anlaşılmazlıq olub. İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarını sabah (29 aprel) saat 17-də elan edəcəklər”.

*****12:02

REAL Sədri İlqar Məmmədovun və Müsavat başqan müavini Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarı mayın 3-də saat 10-da elan olunacaq.

Qaynarinfo.az xəbər verir ki, bu barədə məlumatlı Tofiq Yaqublu yayıb.

Tofiq Yaqublu bildirib ki, ona bu barədə məlumatı Şəki Apellyasiya Məhkəməsindən zəng edib deyiblər.

Xatırladaq ki, işə aprelin 22-də baxılıb. Lakin həmin vaxt proses təxirə salınmışdı.

T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib. Ali məhkəmə kassasiya şikayətini qismən təmin edib.

Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb. Xatırladaq ki, Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına əsasən, azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.

İ.Məmmədov və T.Yaqublu ittiham olunmalarını uydurma və siyasi motivli sayırlar.

«Amnesty International» onların hər ikisini vicdan məhbusu elan edib.

Qaynarinfo.az