Xəbər lenti

İlyas İsmayılov oğlunu təkzib etdi: “İnanmayın...”
Siyasət07:14 10.07.2014

İlyas İsmayılov oğlunu təkzib etdi: “İnanmayın...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Oğlum Etimad İsmayılovun Ədalət Partiyasından istefa verməsi yalandır”. 

Bunu Modern.az-a Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov deyib: “Bu xəbər yalandır. Boş şayiələrə inanmayın. Etimad İsmayılov Ədalət Partiyasının sədr müavini vəzifəsində çalışır. İşinin başındadır”.

Qeyd edək ki, bir müddət əvvəl Ədalət Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini olan Etimad İsmayılovun partiyanın fəaliyyətindən narazı qaldığı səbəbindən istefa verdiyi haqda məlumat yayılmışdı.