Xəbər lenti

Çində qızıl mədənində 6 nəfər ölüb
Dünya05:00 16.05.2016

Çində qızıl mədənində 6 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin paytaxtı Pekin yaxınlığında qeyri-qanuni qızıl hasilatı zamanı 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin mərkəzi televiziyası xəbər verib.

Yaralının xəstəxanaya çatdırıldığı bildirilir. İnsident qızıl yatağı yerləşən Pinqu bölgəsində qeydə alınıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Qeyd olunur ki, ilin əvvəlindən Çində qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan 25 nəfər saxlanılıb. Polis faktla bağlı araşdırma aparır.

Qaynarinfo.az