Xəbər lenti

İngiltərə Premyer Liqasından Rusiyaya sanksiya, Ukraynaya maddi yardım
İdman08:12 09.03.2022

İngiltərə Premyer Liqasından Rusiyaya sanksiya, Ukraynaya maddi yardım

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasının rəhbərliyi Rusiyadakı yayım şirkəti ilə müqaviləyə xitam vermək qərarına gəlib.
Qaynarinfo-nun məlumatına görə bu barədə Premyer Liqaının rəsmi saytı məlumat yayıb. Rusiyada yayım hüquqlarına sanksiya tətbiq olunub. 20 klubun birgə qərarı ilə Premyer Liqanın oyunları Rusiyada göstərilməyəcək. Londonda keçirilən toplantıda bu qərarı qəbul etmək üçün cəmi 15 dəqiqə lazım olub. Bu, o deməkdir ki, oyunların heç biri, hətta FA Kubokunun 1/4 finalı da Rusiyada göstərilməyəcək. 
Tətbiq edilən sanksiya ilə yanaşı Rusiyanın Ukraynaya işğal məqsədilə hərbi təcavüzündən sonra Premyer Liqa rəhbərliyi müharibə qurbanlarına 1 milyon funt-sterlinq dəyərində yardım ediləcəyini açıqlayıb.
Rusiyada Premyer Liqanın rəsmi yayımçısı "Ramber Media" ilə ləğv olunan müqavilənin dəyəri 6 milyon funt-sterlinq təşkil edir. Matçların yayımı bu həftədən etibarən kəsiləcək. "Ramber Media”nın törəmə şirkəti olan "Okko Sport” da artıq Rusiyada Premyer Liqa oyunlarını yayımlaya bilməyəcək.
Səbuhi Həsənov