Litva baş naziri İnqa Ruqinenenin rəhbərlik etdiyi Nazirlər Kabineti istefa verdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, qərar hökumət üzvlərinin ümumi razılığı ilə kabinet iclasında qəbul edilib.
"Bütün çətinliklərə baxmayaraq, dövlət və onun vətəndaşları üçün gördüyümüz işlərlə fəxr edirik. Bu gün istefa qərarı qəbul edirik", deyə baş nazir bildirib.
Baş nazir və ümumilikdə hökumət hakim koalisiyada baş verən dəyişikliklər səbəbindən istefa verməyə məcbur olub. Koalisiyanın yenidən formalaşdırılması məsələsi iyunun əvvəlində Litva Sosial Demokrat Partiyasının "Nemunas üzərində Şəfəq” partiyası ilə əməkdaşlığı dayandırmaq qərarı verməsindən sonra gündəmə gəlib. Partiya qarşı tərəfi populist siyasətdə ittiham edib. Koalisiyanın yeni tərəfdaşı "Litva naminə Demokratlar” partiyası olub. Bu dəyişikliklər çərçivəsində hökumətin "yenidən qurulması” qərara alınıb.
Aydın
Şərhlər