"Xəstədə birdən çox bədxassəli şişin inkişaf etməsi halları mümkündür və bu, nadir hadisə deyil. Ancaq bu, xəstənin şansının daha az olması demək deyil".
Qaynarinfo xəbər verir ki, bunu gazeta.ru-ya tibb üzrə fəlsəfə doktoru, onkoloq Pavel Koposov deyib.
"Sinxron çoxsaylı xərçəng iki və ya daha çox şişin eyni vaxtda baş verməsi və aşkarlanmasıdır. Metaxron - həyat boyu xəstəliklərin ardıcıl baş verməsidir. Məsələn, döş xərçəngi yaranır, müalicə olunur, 10 ildən sonra ağciyər xərçəngi yaranır və s.".
Sinxron şişlərin inkişafının səbəbləri tam başa düşülmür. Çox vaxt onlar irsi olurlar. Məsələn, qadınlarda döş və yumurtalıq xərçənginə səbəb olan və irsi olaraq keçən ən çox rast gəlinən genetik mutasiya BRCA1 və BRCA2-dir. Bəzən eyni zamanda süd vəziləri və yumurtalıqlarda sinxron şişlərinin inkişafının səbəbi ola bilər. Ancaq onkoloqun fikrincə, genetik xarakter daşıyan xərçənglər çox vaxt daha əlverişli proqnoza malikdir:
"Metaxron xərçənglər eyni insanda müxtəlif yaşlarda inkişaf edə bilər. Əgər bir xərçəng şişi meydana çıxıbsa, ikincinin meydana çıxma şansı daha yüksəkdir. İşlədiyim müddətdə xəstələrdə həyatın müxtəlif dövrlərində 2-3, hətta 5 növ xərçəng aşkar edildiyi hallarla rastlaşdım”.
Çox vaxt bir-biri ilə əlaqəsi olmayan bədxassəli şişlər, yəni müxtəlif yerlərdə inkişaf edən və genetik xarakter daşımayan şişlər zəhərli maddələrin təsirindən yaranır. Həmçinin, bədxassəli bir şişin yenidən əmələ gəlməsinin səbəbi hətta əvvəlkinin uğurlu müalicəsi ola bilər, çünki kemoterapi və ya radiasiya terapiyası da bədənə mənfi təsir göstərir.
Aydın