İranın paytaxtı Tehranda 20 yaşlı bir gənc Əmək Nazirliyinin qarşısında üstünə benzin tökərək, özünü yandırıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Ağır yanıq xəsarətləri alan gənc təcili xəstəxanaya çatdırılıb.
Tehran polisi kimliyini açıqlanmayan şəxsin ailə problemləri səbəbindən bu yola əl atdığını açıqlayıb.