Dünya 13:08 14.08.2022

İranda islahatçılar iqtidara qaşı hərəkətlənməyə başlayır - Kərrubi də qoşuldu

"Mirhüseyn Musəvini təhqir etmək əvəzinə, onun narahatlığına cavab verin”.

Qaynarinfo DW-nin fars bölməsinə istinadən xəbər verir ki, bunu Mehdi Kərrubi hakimiyyətə kəskin tənqid edərək deyib.

2008-ci il İran prezident seçkilərinin etirazçı namizədi oğlu Məhəmməd Tağı Kərrubi ilə telefon danışığında həmin seçkilərin mübahisəli digər islahatçı namizədi Mir Hüseyn Musəvini 8 illik İran-İraq müharibəsində mümkün olan ən aşağı gəlirlə ölkəni idarə etməsini tərifləyib və deyib ki, o zamankı baş nazir olan Mirhüseyn Musəvi ölkəni İraqla olan müharibədən iqtisadı baxımdan başı uca çıxarıtdi. O, əlavə edib ki, Musəvini inqilabın ən dürüst və layiqli qüvvələrindən biri hesab edir.

İran parlamentinin bir neçə dəfə prezidentlik keçmişi olan "İslahatlar Şeyxi” kimi tanınan Mehdi Kərrubi 2008-ci ildə İranın məşhur prezident seçkilərində saxtakarlığa etiraz etdiyi üçün on ildən artıqdır ki,  digər etirazçı namizəd Mir Hüseyn Musəvi kimi ev dustağıdır.

"O, öz təcrübəsinə və sistem biliklərinə əsasən, bu gün ölkənin problemlərinin mühüm hissəsinin kökündə duran narahatlıqlardan danışıb”, - o, Musəvinin son bəyanatı ilə bağlı o vurğulayıb.

Mehdi Kərrubi Mirhüseyn Musəvinin İslam Respublikasının Suriyaya hərbi müdaxilələrini, Xalq Hərəkatı başladan vətəndaşların etiraz aksiyalarının zorakılıqla yatırılmasını və eləcədə Ali Xameneinin oğlu Müctəba Xameneinin  atasının yerinə varisliyi ilə bağlı mubahisəli məsələyə toxunduğuna işarə edib.

Qeyd edilir ki, dünən İranın islahat lideri və keçmiş prezident Xatəmi Əli Xamneyinin adını çəkmədən ironik bir mətn dərc edərək, İranda avtokratiya və fərdi kakimiyyəti tənqid edib.

Aydın