İranın müxalif "Amednews" saytının baş redaktoru Ruhulla Zem "yer üzündə fitnə törətmək" ittihamı ilə edam olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin sözçüsü Qulam Hüseyn məlumat verib. Məhkəmə 13 ayrı ittihamı nəzərdən keçirərək, bu qənaətə gəlib.
Qeyd olunur ki, "Amednews" 2015-ci ildə Telegram üzərindən də fəaliyyətə başlayıb. Rejimə müxalif xəbərlərlə önə çıxan və 1 milyondan çox izləyici toplayan kanal 2 il sonra bağlanılıb.
Camal