Xəbər lenti

İranda səfirliyimiz bərpa edilir? - Arif Əliyevin şərhi
Siyasət09:42 03.05.2023

İranda səfirliyimiz bərpa edilir? - Arif Əliyevin şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İranda Azərbaycan səfirliyinin qısa zamanda bərpa olunacağını düşünmürəm”. 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev İranla Azərbaycan arasında yaşanan gərginliyin zəifləməsi fonunda Bakının Tehrandakı səfirliyinin yenidən açılması ehtimalına toxunarkən deyib:
"Gərginlik dalğasının qalxıb, müəyyən müddətdən sonra danışıqlarla endiyi, sonra isə yenidən prosesin daha kəskinliklə təkrarlandığının dəfələrlə şahidi olmuşuq. Ona görə də prosesin ardıcıl olması üçün daha ciddi addımlar atılmalı, ciddi qərarlar verilməlidir. Bir ay sonra əvvəlki vəziyyətin şahidi olmamaq üçün Bakı münasibətlərin tənzimlənməsi üçün real əsasların yaradılmasına çalışır. Telefon danışıqları ilə məsələ bitməməli, səfirliyin bərpası üçün daha ciddi qərar və zəmanətlər verilməlidir ”. 
Həmsöhbətimizə görə, bu qərarlar hansısa bir sənəd şəklində, yaxud da yüksək səviyyəli görüşlər formasında verilməlidir:
"Telefonla danışıb, mediaya gərginliyi azaltmaq göstərişi verəcəklərini bildirmək asandır, amma belə qərarlar söz olaraq qalacaq. Bu sözün arxasında imza, konkret qərar, sistem və mexanizmlər dayanmalıdır”. 
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Tehranla Bakı arasında telefon danışığından sonra münasibətlərin nisbətən yaxşılaşdığını bildirib. Ardınca o iki ölkə arasında əlaqələrin öz təbii axarına qayıdacağına ümid etdiyini söyləyib. Bu mesajdan aydın olur ki, İran əlaqələrin əvvəlki vəziyyətə qayıtması, o cümlədən səfirliyin fəaliyyətinin bərpasını istədiyi görüntüsünü yaradır.
 
Rüfət Sultan