Xəbər lenti

İrəvanda yenidən mintinqlər başladı: Müxalifət Paşinyanı devirə biləcəkmi? (ŞƏRH)
Siyasət07:56 07.04.2023

İrəvanda yenidən mintinqlər başladı: Müxalifət Paşinyanı devirə biləcəkmi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Erməni müxalifətinin bu aksiyası da cəmiyyətdə geniş rezonans doğurmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı Ermənistanda Nikol Paşinyan əleyhinə müxalifətin yenidən alovlanan mitinqləri barədə danışarkən deyib.
Partiya sədrinin fikrincə, Ermənistanda əksəriyyət Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yol olmadığını artıq başa düşür:
"Ermənistanda bundan əvvəl də daha ciddi etiraz aksiyaları olub. Lakin Paşinyan onların qarşısında davam gətirə bildi. Bu da Ermənistan cəmiyyətindəki passivliklə bağlıdır. Orada əhali fəal deyil, ruh düşgünlüyü var. Ona görə də müxalifətin bu təşəbbüsü də hər hansı bir nəticə verməyəcək. 
İndi aksiya keçirənlər Ermənistanda olan ənənəvi müxalifət partiyalarından fərqli mövqedə olanlardır. Onlar erməni cəmiyyətinin rəyini qazanmaq üçün fərqli mövqe ortaya qoymağa çalışır. Amma yenə də əsas oynadıqları oyun "Qarabağ kartı”dır. Artıq bu oyunlar nəticə vermir. Bu səbəbdən müxalifətin yeni aksiyası da ciddi nəticələr verməyəcək. 
Ermənistanda əksəriyyət başa düşür ki, Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yol yoxdur. Düzdür, onlarda hələ də Azərbaycana, türklərə qarşı nifrət əhval-ruhiyyəsi hökm sürməkdədir. Lakin hər halda tədricən əksəriyyət reallığın tamam fərqli olduğunu anlayır. Cəmiyyətdə belə bir əhval-ruhiyyə olduğundan müxalifətin aksiyaları ciddi rezonans doğurmur. Əvvəlki aksiyalardan fərqli olaraq bu aksiyalara kənardan dəstək də hiss olunmur. Ona görə erməni müxalifəti başladığı bu aksiya ilə də heç nəyə nail olmayacaq”. 
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Ermənistanda aksiyalara yenidən start verilib. Dünən baş tutan aksiyanın təşkilatçısı "Birlikdə” hərəkatıdır, amma bir sıra siyasi partiyaların liderləri və müharibə veteranları da tədbirdə iştirak edib. Çıxış edənlər hökumətin istefaya göndərilməsini və Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini tələb edirlər. "Birlikdə” hərəkatının üzvləri aprelin 11-i növbəti etiraz aksiyası keçirəcəklər. 
Rüfət Sultan