
“Qəzəbdən də, inamdan da ölkəmizi yaxşılığa doğru dəyişmək üçün güc almalıyıq”
Müsavat Partiyasının başqanı, ölkə parlamentinin eks-spikeri İsa Qəmbər özünün facebook profilində maraqlı bir status paylaşıb. Musavat.com bu statusu həm də ictimai əhəmiyyətli ismarış hesab edərək, oxucularına təqdim edir:
“2014 gəldi.
Qəzəbliyəm- olanlara, keçənlərə, torpağımızın işğal altında, dostlarımızın, silahdaşlarımızın, gənclərimizin zindanda olmasına.
İnanclıyam--Allahıma, xalqıma, vətəndaşıma, dostuma, silahdaşıma, özümə.
Qəzəb intiqama, inam arxayınlığa səbəb olmamalıdır, hər ikisindən-qəzəbdən də, inamdan da ölkəmizi yaxşılığa doğru dəyişmək üçün güc almalıyıq.
2014 bizim il olmalıdır, xalqın ili!
Bunun belə olması üçün əlimdən gələni edəcəm.
Hər kəsi də buna çağırıram”.
Musavat.com