Xəbər lenti

Dünya 17:37 09.04.2024

İspaniya xarici daşınmaz əmlak investorları üçün qızıl vizaları ləğv edəcək

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, Madrid ölkədə daşınmaz əmlaka böyük sərmayə qoyan əcnəbilərə yaşamaq hüququ verən "qızıl viza” adlanan proqramı ləğv edəcək.

Bu barədə Qaynarinfo "Euractiv”ə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu proqramın ləğvi münasib qiymətə mənzil əldə etmək imkanını "spekulyativ biznes deyil, hüquq olmağa” kömək edəcək. 
Proqrama əsasən, ispan daşınmaz əmlakına ipoteka götürmədən ən azı 500 min avro sərmayə qoyan Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üç il ərzində ölkədə yaşamağa və işləməyə icazə verən xüsusi icazə alırlar.

"Bu gün bu vizaların hər 100-dən 94-ü daşınmaz əmlak investisiyaları ilə bağlıdır... Bazarın çox sıx olduğu böyük şəhərlərdə artıq yaşayan, işləyən və vergi ödəyənlər üçün layiqli mənzil tapmaq demək olar ki, mümkün deyil”, - Sançes bildirib. 

O, əlavə edib ki, hökumət Mənzil Təsərrüfatı Nazirliyinin təqdim etdiyi hesabatı araşdırdıqdan sonra çərşənbə axşamı həftəlik Nazirlər Kabinetinin iclasında sxemin ləğvi prosesinə başlayacaq.

Hökumətin məlumatlarına görə, 2013-cü ildə "qızıl viza” sxeminin başlamasından 2022-ci ilin noyabrına qədər İspaniya təxminən 5000 icazə verib.

"Transparency İnternational”ın 2023-cü il hesabatına görə, siyahının başında çinli investorlar, ikinci yerdə isə 3,4 milyard avrodan çox sərmayə qoyan ruslar gəlir.  

Bu tədbir çətin ki, əmlak bazarına təsir göstərsin. Belə ki, bu müddət ərzində satılan 4,5 milyon evin 0,1%-dən az hissəsi bu sxem üzrə alınıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->