Xəbər lenti

İspaniyanın tanınmış klubu Bakıda oyunçu seçəcək
İdman19:53 20.02.2026

İspaniyanın tanınmış klubu Bakıda oyunçu seçəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın "Levante” klubu bu ilin yayında "Qarabağ” Futbol Akademiyasında gənc futbolçular arasında seleksiya məşqləri keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərtac-a Akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.
Onun sözlərinə görə, seleksiya prosesi yerli istedadların üzə çıxarılması və onların Avropa futboluna inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Seçilən futbolçuların gələcəkdə İspaniyada baxışdan keçmək imkanı qazanacağı gözlənilir.