Xəbər lenti

İsrail parlamenti “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi
Dünya18:24 05.07.2016

İsrail parlamenti “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir qrup vətəndaş Knessetinin qarşısında aksiya keçirib.
“Erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin iclasında səsverməyə çıxarılmayıb.
Bunu Təl-Əviv erməni patriarxiyasının diplomatı Koryun Ata deyib.
O bildirib ki, iclas zamanı “erməni soyqırımı” məsləsi səsverməyə qoyulmayıb. Hökumət nümayəndəsi təhsil Komissiyasında bəzi məsələlərin müzakirə olunmasını təklif edib.
Koryun Ata əlavə edib ki, bu gün, iyulun 5-də,bir qrup onlarla vətəndaş Knessetinin qarşısında “erməni soyqırımı”nın tanınması tələbi ilə aksiya keçirib.
Xatırladaq ki, İsrail parlamentinin üzvü Robert İlatov ANS TV-yə bunun sadəcə bir qrup erməniyönümlü deputatın iddiası olduğunu və heç bir hüquqi əsasa malik olmadığını demişdi. (oxu.az)
Qaynarinfo.az