Xəbər lenti

İsrailin Rusiyadakı səfiri: “Hərbçilərimizin Qarabağda olması xəbərləri "böyük axmaqlıqdır"
Siyasət19:12 05.10.2021

İsrailin Rusiyadakı səfiri: “Hərbçilərimizin Qarabağda olması xəbərləri "böyük axmaqlıqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi İsrail hərbçilərinin Qarabağda olması barədə xəbərləri "böyük axmaqlıq" və fantaziya adlandırıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti” xəbər yayıb.
"Hesab edirəm ki, bu böyük ağılsızlıqdır, ona görə ki, əgər biz Qarabağ haqqında danışırıqsa, orada Rusiya və Türkiyə hərbçiləri var. Ona görə də hesab edirəm ki, onlarda hansısa fantaziyalar var və deyə bilərlər ki, bəlkə marslılar da həmçinin oradadırlar", - səfir jurnalistlərə deyib.
Xatırladaq ki, İran və Ermənistan rəhbərliyi Azərbaycanı İsrail hərbçilərinin Qarabağa yerləşdirilməsi ilə ittiham edirlər.