Xəbər lenti

Dünya 14:17 04.01.2024

İstanbul aeroportunda qaçaq pişik təyyarənin uçuşunu pozdu

İstanbul hava limanında Türk Hava Yollarına məxsus təyyarə sərnişindən qaçan pişiyə görə uçuşu dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Afinaya uçmalı olan təyyarə havaya qalxmağa hazırlaşarkən qəflətən kabinədə pişik gəzməyə başlayıb. Məlum olub ki, o, hava gəmisinə "qaçaq" olaraq minib, sahibi lazımi sənədləri doldurmayıb və heyvanla bağlı ekipajı məlumatlandırmayıb.

Sahibinin çantasından əl yükündən qaçan pişik təyyarədə səs-küyə səbəb olub. Təyyarə uçuş-enmə zolağından hava limanının terminalına qayıdıb. Sərnişin və pişik təyyarədən düşürülüb. Məlum olub ki, qadın əvvəllər də eyni üsulla - qaçaqmalçılıq yolu ilə heyvan keçirməyə cəhd edib. Aviaşirkət sərnişini qara siyahıya salıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->