Xəbər lenti

İstanbulda “Qarabağ”a möhtəşəm dəstək (VİDEO)
İdman09:50 30.10.2020

İstanbulda “Qarabağ”a möhtəşəm dəstək (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının "Vilyarreal”a qarşı dünənki matçından (1:3) əvvəl İstanbulda "Qarabağ” komandasına dəstək verilib.
Qardaş ölkədə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları komandanın qaldığı otelin qarşısına toplaşıblar. Burada Qarabağ və Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndirən azarkeşlər komandanı avtomobillərlə matçın keçirildiyi Başakşehir Fatih Terim stadionuna qədər müşayiət ediblər.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən fanatlar matça buraxılmayıblar.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərin verdiyi dəstəkdən razı qaldıqlarını söyləyib.(Qol.az)