Xəbər lenti

“Jara 2020” təxirə salındı (VİDEO)
Sənət14:43 08.06.2020

“Jara 2020” təxirə salındı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il 29 iyul – 2 avqust tarixləri arasında Bakıda  keçirilməsi planlaşdırılan "Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri olan Xalq artisti Emin Ağalarov məlumat verib:
"Əziz dostlar, biz çox təəssüf edirik ki, koronavirus pandemiyası və onun bütün dünyada kütləvi tədbirlərin keçirilməsinə yaratdığı çətinliklər ucbatından Bakıdakı "Jara" musiqi festivalını 2021-ci il 28 iyul – 1 avqust tarixlərinə keçirməyə məcburuq”.
Xalq artisti bildirib ki, gələn il keçiriləcək festivalın konsert proqramı və ora dəvət olunan sənətçilər dəyişilməz olaraq qalacaq.
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2676256737899" frameborder="0" allow="autoplay" allowfullscreen="">