Xəbər lenti

Kamran Həsənlinin borcu 125 min dollara "qalxdı"
Maqazin05:54 11.03.2016

Kamran Həsənlinin borcu 125 min dollara "qalxdı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət barədə açıqlama verib. Qaynar.info lent.az-a istinadən xəbər verir ki, şoumen Kamran Həsənli S.Piriyevdan 80 min dollar deyil, 125 min dollar pul alıb: 
"Kiminsə günahı varsa, qanun qarşısında cavab verəcək. Samir Piriyev işbirliyi məqsədi ilə Kamran Həsənliyə 125 min dollar pul verib. Amma sonradan bu işbirliyi alınmayıb. Bu, cinayət işidir. Bu işlə bağlı sübutlarımız da var. Samir ifadəsini bir ay öncə verib. Elə Samirin ifadəsi əsasında toplanan materialları da polis şöbəsindən prokurorluğa göndərdilər. Prokurorluqda da bu məsələ ilə bağlı cinayət işi başladı".
Qaynar.info