Xəbər lenti

Kimyəvi silah atılan Mariupolun meri: 10 mindən çox mülki şəxs öldürülüb
Dünya06:21 12.04.2022

Kimyəvi silah atılan Mariupolun meri: 10 mindən çox mülki şəxs öldürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Mariupol mühasirəsi zamanı 10 mindən çox dinc sakin həlak olub.
Qaynarinfo xəbər verir ki, bu haqda AP-də Mariupol meri Vadim Boyçenko məlumat verib.
Onun sözlərinə görə, ölənlərin sayı 20 mini keçə bilər, çünki həftələrdir davam edən hücumlar və həmlələr Mariupol küçələrini sakinlərin cəsədləri ilə xalça kimi örtmüş olur.
Boyçenkonun sözlərinə görə, ruslar xeyli cəsədi saxlama anbarları və soyuducuları olan nəhəng ticarət mərkəzinə daşıyırlar. Yük maşınları şəklində gətirlmiş səyyar krematoriyalar da var.
Xatırladaq ki, Mariupol həftələrdir rus işğalçılarının mühasirəsindədir.
Dünən gecə isə Ukrayna mətbuatı Mariupolda rusların mühasirəsində qalan "Azov" alayına istinadla xəbər yayıb ki, Rusiya hərbi qüvvələri Mariupola mənşəyi məlum olmayan zəhərli maddə atıblar.
"Təxminən bir saat əvvəl Rusiya işğalçılarına məxsus PUA-dan Mariupol şəhərindəki Ukrayna hərbçilərinə və mülki şəxslərə qarşı mənşəyi naməlum zəhərli maddə atılıb”, - məlumatda deyilir.
Qurbanlarda tənəffüs çatışmazlığı və sinir sistemi pozğunluğunun müşahidə olunduğu bildirilir.
Naməlum maddədən istifadənin fəsadları aydınlaşdırılır.
Dünən Ria Novosti-nin yaydığı bir məlumatda qondarma "Donetsk Xalq Respublikası"nın milis qruplaşmalarının liderlərindən biri olan Eduard Basurinin dilindən "Mariupolun ukraynalı müdafiəçiləri "Azovstal" zavodunda tam mühasirəyə alınmalı, sonra isə orada kimyəvi silahdan istifadə edilməlidir" fikri səslənmişdi.
Alpər