Kirayədə yaşayanların problemi: Bu məsələ diqqəti cəlb etməsə də... (EKSPERT)

Kirayədə yaşayanların problemi: Bu məsələ diqqəti cəlb etməsə də... (EKSPERT)

"Hökumətin diqqət ayırmalı olduğu sahələrdən biri kirayə mənzil fondudur". 

Qaynarinfo xəbər verir ki, bunu əmlak eksperti Ramil Osmanlı Bas nazirin yardım paketinden danışarkən deyib. Ekspert qeyd edib ki, hazırda Bakı və Abşeronda 100-lərlə ailə kirayədə yaşayır və ya qeyri-rəsmi icarə münasibətlərində fiziki şəxs kimi sahibkarlıq fəaliyyətilə məşğuldur: 

"Bu şəxslərin əksəriyyəti gündəlik tələbatı təmin edə bilir(di)lər ki, hazırda Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyəti məhdudlaşdırılan sahələrdə çalışırlar. Həmin təbəqənin "kirayə öhdəlikləri”ni icra etmək imkanları məhduddur. Bir qismi ilə aparılan söhbətlər əsasında gəlinən qənaət bundan ibarətdir ki, bəzilərinin kirayə götürdükləri obyektlərin (mənzillərin) mülkiyyətçiləri aylıq kirayə pulunun bir hissəsini, yaxud hamısını müəyyən dövr üçün (vəziyyət aydınlaşana kimi) güzəştə getməyə razı olsalar da, əksər mülkiyyətçilər obyektlərin boşaldılmasını tələb edirlər. Bu məsələ diqqəti cəlb etməsə də, kifayət qədər ciddi və sosial problemə çevrilə bilər(!). Məncə, hökümətin diqqət ayırmalı olduğu əsas sahələrdən biri də məhz şəxsi mülkiyyətdə olan kirayə mənzil fondudur. Zənnimcə, uzun illər hökumətin yaratdığı imkanlardan istifadə edən mülkiyyətçilər illərlə onlara yaradılan şəraitin qarşılığında güzəştə getməlidirlər". 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR