Xəbər lenti

Koreyada bir gündə 96 min nəfərdə sirli “qızdırma” üzə çıxdı - Yonhap
Dünya 15:25 31.05.2022

Koreyada bir gündə 96 min nəfərdə sirli “qızdırma” üzə çıxdı - Yonhap

Ötən gün ərzində KXDR-də "qızdırma simptomları” olan ən azı 96,200 nəfər müəyyən edilib və yeni ölüm halları qeydə alınmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən məlumat yayıb.

Qızdırmalı xəstələrin ümumi sayından 3,46 milyon nəfər sağalıb, 183 mini müalicə olunur.

Seulda sirli "qızdırma” termininin təkcə koronavirusa aid olmadığı iddia edilir. Bu, kütləvi test və COVID-19-un dəqiq aşkarlanması imkanlarının məhdud olması ilə bağlıdır.

Mayın 12-də KCNA ilk dəfə olaraq KXDR ərazisində koronavirus infeksiyasının aşkarlanması barədə məlumat yayıb. Ölkədə karantin elan edilib, KXDR lideri Kim Çen In hərbçilərə əhalinin dərman preparatları ilə təmin olunmasına cəlb olunmasını əmr edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->