"Bu gecə səhərə kimi ağlamışam”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Bilal Əliyev koronavirus infeksiyasından danışarkən deyib. O bildirib ki, bu virusun ölməsi üçün gecələr saatlarla dua eləyir:
"Əlimiz göydə qalıb, dualar oxuyuruq. Bu gecə 6 dəfə dua oxumuşam. Sonuncu duanı oxuyanda məni ağlamaq tutdu. Dedim ki, Allah, sən özün yaratdıqlarını qoru. Deyilənə görə, bu virus bir bioloji silahdır. İnsanlara zülm edirlər. Hamı rahat yaşamaq istəyir, evdən bayıra çıxa bilmirik. İnsanlar təmiz havaya həsrət qalıb. Uşaqlar yazıqdı, bütün gün dörd divar arasında, oynamaq istəyirlər. Axı bu insanların nə günahı var? Bayıra çıxırsan hər kəsin ağzında maska, adamın ürəyi ağrıyır. Böyük yaradan Allaha yalvarıram, bu zülmü insanların üzərindən çəksin”.
Bilal Əliyev deyib ki, virus insanlarda bayram əhval-ruhiyyəsi qoymayıb:
"Sabah atamın ad günüdür, 87 yaşı tamam olur. Odur ki hazırda Salyana gedirəm, onu təbrik edib, tortunu kəsib, Bakıya qayıdacağam”.
Bahar Rüstəmli