Xəbər lenti

Koronavirusa yoluxmuş aktyor Tom Hanks xəstəxanadan buraxıldı
Sənət10:42 17.03.2020

Koronavirusa yoluxmuş aktyor Tom Hanks xəstəxanadan buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusa yoluxduğu aşkar edilən amerikalı aktyor Tom Hanks həyat yoldaşı Rita Vilson ilə birlikdə xəstəxanadan buraxılıb. 
Qaynarinfo Associated Press-ə istinadla xəbər verir ki, xəstəxanadan burxılan cütlük bundan sonra kirayə götürdükləri fərdi evdə karantində olacaqlar.
Bir qədər əvvəl amerikalı aktyorun oğlu, 29 yaşlı Çester həyat yoldaşı ilə birlikdə COVID-19 koronavirusuna yoluxmuş atasının özünü necə hiss etməsi haqda məlumat verib. Onun sözlərinə görə, nə aktyor, nə də həyat yoldaşı xəstəlikdən narahatlıq keirirlər.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Tom Hanks həyat yoldaşı Rita Vilsonla birlikdə onlarda koronavirus aşkarlandığını bildirmişdi. Cütlük hazırda Avstraliyadadır.
 
Alpər