"Mariya Zaxarovanın bu açıqlamasını dolayısı ilə Azərbaycan XİN-in Rusiyaya verdiyi notaya cavab kimi dəyərləndirmək olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Moskvanın Laçın dəhlizinin bağlanmasından narahat olduğu və orada tamhüquqlu nəqliyyat əlaqələrinin yaxın gələcəkdə bərpa olunacağını gözlədiyi barədə verdiyi bəyanata münasibət bildirərkən deyib.
"Zaxarovanın açıqlamaları həmişə olduğu kimi riyakarlıqdır. O, yataqların istismarı məsələsini tərəflərin fikir ayrılığı ilə əlaqələndirib. Bu yalan olmaqla bərabər, həm də həyasızlıqdır. Çünki burada tərəflərin fikir fərqliliyindən danışmaq mümkün deyil. Burada bir tərəf var - Azərbaycan dövləti. Qarabağ isə Azərbaycanın tərkib hissəsidir. Ona görə də o tərəf sayıla bilməz. Yataqlar da Azərbaycan xalqı və dövlətinə məxsusdur. Başqa tərəf ola bilməz”, deyə politoloq qeyd edib.
Natiq Miri bildirib ki, Zaxarovanın açıqlamasında qarşı tərəfi ayrıca müstəqil subyekt kimi təqdim etmək cəhdini görürük:
"Rusiya düşünür ki, Azərbaycan geri çəkiləcək və Moskva yenə də istədiyinə nail olacaq. Zaxarovanın hər hansı bir təxribat olarsa, bunun əks nəticə verəcəyi hədəsinə gəlincə, bu yöndə Rusiyanın boyundan yuxarı dediklərini çox eşitmişik. Zaxarova bu sözləri 3 günə Kiyevi tutacaqlarını deyən rus ordusunun bir ilə yaxındır Ukrayna meşələrində çabalayaraq, qaçan əsgərlərinə deməlidir. Hazırda Rusiyanı sayan dövlət yoxdur. Özü deyib, özü eşidir”.
Qeyd edək ki, Rusiya XİN-in sözçüzü Mariya Zaxarova brifinqdə Rusiyanın Laçın dəhlizinin bağlanmasından narahat olduğunu bildirib: "Rusiya orada tamhüquqlu nəqliyyat əlaqələrinin yaxın gələcəkdə bərpa olunacağını gözləyir. Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub”.
XİN sözçüsü xüsusi olaraq qeyd edib ki, Rusiya haradan olmasından asılı olmayaraq, Rusiya sülhməramlılarına qarşı əsassız iddiaları təxribat xarakterli hərəkətlər hesab edir.
Rüfət Sultan
Şərhlər