Xəbər lenti

Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri Dağlıq Qarabağa aid deyil
Siyasət11:01 07.10.2020

Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri Dağlıq Qarabağa aid deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində götürdüyü öhdəliklər tanınmamış Dağlıq Qarabağa şamil edilmir.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

İnterfaks bildirir ki, Rusiya təhlükəsizliyi təmin etmək baxımından İrəvan qarşısında - KTMT üzvü kimi öhdəlik daşıyır. Peskov Dağlıq Qarabağdakı münaqişənin Ermənistan ərazisinə yayıldığı barədə məlumatı dərhal təkzib edib.

Xatırladaq ki, bir neçə saat əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın KTMT çərçivəsində bütün öhdəliklərini yerinə yetirəcəyini, Ermənistanın bu məsələylə bağlı heç bir şübhəsinin olmadığını xatırladıb. O, "Ermənistanın Baş naziri ilə davamlı, canlı iş əlaqəsində olduğunu və Ermənistanın Rusiyanın müttəfiq öhdəliklərini yerinə yetirməsinin keyfiyyəti ilə bağlı hər hansı bir problemin olmadığını" vurğulayıb. Bundan əlavə, Putinə görə, Qarabağda baş verənlərdən "narahatdır" və münaqişənin tezliklə bitəcəyinə ümid edir.

Alpər