Ukraynaya qarşı Rusiyanın son kütləvi raket-PUA zərbələrini şərh edən Kreml bildirib ki, Rusiya rəhbəri Vladimir Putin ölkənin təhlükəsizliyini təmin etmək üçün gərəkli qərarlar qəbul edir.
Qaynarinfo xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı bu bəyanat Kremlin sözçüsü Dmitri Peskova məxsusdur və eyni vaxtda ABŞ Prezidenti Donald Trampa cavab
sayılır.
Peskov "danışıqlar prosesinin işə salınması” istiqamətindəki səylərinə görə Amerika tərəfini tərifləyib, ABŞ administriyasına, o cümlədən Trampa təşəkkür edib, həmçinin "emosional yüklənmənin” yarana biləcəyini ehtimal etdiyini bildirib; bunu Ağ Evin rəhbərinin kəskin sözlərinə cavab kimi söyləyib.
«Prezident Putin ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazım olan qərarları qəbul edir. Hamımız şahid olduq ki, Kiyev rejimi Qələbə Günü ərəfəsində Moskvaya gələcək xarici liderləri hədələdi. Bu hədələri hər kəs eşitdi və burada olan bir çox lider faktiki olaraq Kiyev rejiminin Rusiya ərazisinə, iri şəhərlərə və paytaxta dron zərbəsi endirməyə cəhd etməsinin şahidi oldu. Bu cəhdlər davam edir, biz isə məcburən tədbirlər görürük», – Kreml sözçüsü belə bəraət qazanmağa çalışıb.
O əlavə edib ki, vəziyyətin nizamlanmasına dair Rusiya memorandumunun layihəsi hələ Ukraynaya təqdim edilməyib; bu "ciddi sənəd” guya diqqətli hazırlıq tələb edir.
UNIAN-ın məlumatına görə, 25 və 26 may gecələri Rusiya ordusu Ukrayna şəhərlərini kütləvi atəşə tutub. 25 mayda Rusiya 367 hava hücum vasitəsindən istifadə edərək kombinə edilmiş zərbə endirib, nəticədə Ukraynanın müxtəlif bölgələrində 13 dinc sakin həlak olub; Jitomir vilayətində bir ailədən üç uşaq raket zərbəsinin qurbanı olub.
Bundan sonra ABŞ Prezidenti Tramp Putini sərt tənqid edərək onun dəliyə döndüyünü və əsassız qətllər törətdiyini bildirib. Tramp qeyd edib ki, əvvəllər Putinlə münasibətləri çox yaxşı olub, lakin «ona nəsə olub». «O tamamilə dəli olub. Lazımsız yerə çoxlu insan öldürür, söhbət təkcə əsgərlərdən getmir. Raketlər və dronlar Ukrayna şəhərlərinə heç bir səbəb olmadan atılır», – deyə Tramp vurğulayıb. O əlavə edib ki, Putin Ukraynanın hamısını ələ keçirmək istəyir, lakin bunun Rusiya üçün yaxşı nəticəsi olmayacaq.
Alpər
Şərhlər