Xəbər lenti

Kremldən sülh açıqlaması: "Bakı və İrəvan sazişi..."
Siyasət19:46 26.12.2023

Kremldən sülh açıqlaması: "Bakı və İrəvan sazişi..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı və İrəvan sülh sazişini yekunlaşdırmağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
MDB ölkələrinin qeyri-formal sammitində "münaqişə tərəflərinin” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməsi ilə bağlı sualı cavablandıran D.Peskov deyib:
"Onlar münaqişə tərəfləri deyillər, onlar vahid sənəd üzərində razılığa gəlməyə tam hazır olduqlarını bildirirlər, sülh danışıqlarını vahid sənəd üzərində tamamlamağa, sülh sazişini yekunlaşdırmağa hazır olduqlarını ifadə edirlər. Burada heç bir risk yoxdur”.