Xəbər lenti

Kremlin təxribatlarına Bakı sərt cavab verdi, lakin... (ŞƏRH)
Siyasət08:02 25.10.2022

Kremlin təxribatlarına Bakı sərt cavab verdi, lakin... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın dövlət televiziyası olan ORT kanalında Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirərək, qondarma "Dağlıq Qarabağ” rejimini ayrıca dövlət kimi təqdim etməsi Azərbaycanda cəmiyyətin geniş narazılığına səbəb olub. Aydın məsələdir ki, Birinci kanalın belə bir süjet hazırlanası məhz Kremlin razılığı əsasında baç verib. Bu da onu göstərir ki, kanalda efirə verilən veriliş məhz Rusiyanın dövlət siyasətinin tərkib hissəsidir. Bu da onu deməyə əsas verir ki, Rusiya ölkəmizə qarşı açıq şəkildə təxribat və təhdidə keçib. Sözsüz ki, Moskvanın bu addımına Bakı laqeyd qalmayacaqdı. Çünki burada söhbət dövlət telekanalında gedən verilişdə Azərbaycanın ərazi bütövlüyünə qəsd edilməsindən gedir.
Azərbaycan Televiziyanın (AzTV) efirində yayımlanan "Həftə” analitik-informasiya proqramının ötən gecəki buraxılışında Rusiyanın işğalçı dövlət olduğu qeyd edilib. AzTV-nin sədri Rövşən Məmmədovun aparıcı olduğu verilişdə bildirilib ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibə zorakılıq, işğalçılıq müharibəsi, qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdid, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. AzTV ilk dəfə olaraq Rusiyanın Ukrayna ərazilərini işğal etdiyini, dinc insanları bombaladığını, Moskvanın təcavüzkar siyasət yürütdüyünü və insanlığa qarşı bəşəri cinayət törətdiyini vurğulayıb. 
Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qeyd edib ki, Rusiya hər zaman belə ikibaşlı siyasətilə seçilib:
"Bir tərəfdən rəsmi icra strukturu səviyyəsində həmişə dostluq və tərəfdaşlıqdan danışıblar. Digər tərəfdən, parlament və televiziyalar səviyyəsində isə anti-Azərbaycan mövqeyi sərgiləyirlər. Bu təsir etmək üçün bir vasitədir və onunla göstərmək istəyirlər ki, Putinin Azərbaycana münasibətdə siyasəti də dəyişə bilər. Görünür, Kremlin hansısa narazılığı var və onu da televiziyalar vasitəsilə qarşı tərəfə çatdırmaqla Bakıya təzyiq etməyi düşünürlər”. 
Ekspert qeyd edir ki, Azərbaycan tərəfinin onlara cavabı isə ölkəmizin imkan və mövqeyindən asılıdır:
"Əvvəllər adətən ya cavab vermir, ya da Prezident Adminstrasiyası yumşaq formada iradlarını çatdırırdı. Ən yaxşı halda isə yalnız cavabdeh tərəfə münasibətdə sərt cavab verilirdi. İndi isə Azərbaycan kəskin cavab verib. Azərbaycanla Türkiyə bilirsiniz ki, tandem şəklində iştirak edir. Ona görə də Moskva üçün vacibdir ki, bu münasibətlər normal məcrada qalsın. Bunu Azərbaycan da başa düşür və ona görə Bakı daha qəti mövqeyini də ortaya qoya bilər. AzTV-də gedən həmin veriliş də göstərir ki, ölkəmizin yaranmış vəziyyətdə şimal qonşusuna qarşı mövqeyi daha da sərt ola bilər”. 
Həmsöhbətimiz Azərbaycanın daha sərt mövqeyinin özünü Rusiya qoşunlarının Qarabağdan çıxarılması məsələsinin qaldırılmasında, bu ölkə ilə ticari əlqələrin azaldılması formasında göstərə biləcəyini düşünür. Habelə Rusiya ilə müttəfiqlik səviyyəsi aşağı salına bilər. Mehman Əliyev Rusiyanın Bakının reaksiyasından sonra müəyyən qədər yumşalacağını da istisna etmir: 
"Kreml işarə edəcək ki, Azərbaycana münasibətdə televiziyaların səsləndirdiyi mövqedə deyil. Amma Rusiya tərəfindən bu anti-Azərbaycan  gedişinin arxasında real addımlar olacaqsa, Bakı daha sərt mövqeyə keçməklə heç nəyi itirməyəcək”. 
Rüfət Sultan