KXDR Rusiyadan kütləvi qırğın silahlarının imkanlarını gücləndirmək üçün yardım alsa, Cənubi Koreya və onun müttəfiqləri "kənarda qalmayacaqlar”.
Qaynarinfo CNN-ə istinadən
xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Suk Yol BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
"Hərbi güc ölkədən-ölkəyə fərqli olsa da, sarsılmaz həmrəylikdə birləşmək və prinsiplərimizə ciddi riayət etməklə, biz istənilən qanunsuz təxribatın qarşısını ala bilərik", - Yun bildirib.
O, həmçinin BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb və bildirib ki, Rusiya Şimali Koreyanı silah müqabilində informasiya ilə təmin edərsə, belə bir çağırış "geniş dəstək alacaq”.
"Dünya sülhünün əsas mühafizəçisi rolu həvalə edilmiş BMT Təhlükəsizlik Şurasının daimi üzvünün başqa bir suveren dövləti işğal edərək müharibə aparması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozan rejimdən silah və sursat alması paradoksaldır”, - Yun bildirib.
O, həmçinin əlavə edib ki, KXDR Rusiya Federasiyasından döyüş sursatı müqabilində nüvə silahı inkişafını gücləndirmək üçün informasiya və texnologiya alarsa, təkcə Ukrayna deyil, Cənubi Koreya da təhlükə qarşısında qalacaq.
Xatırladaq ki, sentyabrın 13-də KXDR və Rusiya liderləri Kim Çen İn və Vladimir Putin hərbi əməkdaşlığın artırılmasını müzakirə etmək üçün görüşüblər. Kim bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə də danışıqlar aparıb.
Qərb mediası dəfələrlə yazıb ki, görüş zamanı tərəflər Rusiya Federasiyasına artilleriya sursatlarının verilməsi barədə razılığa gələ bilərlər.
Daha əvvəl "The Economist” bildirib ki, KXDR bu ildən Rusiyanı artilleriya sursatları və "Katyuşa” tipli raketlərlə təmin edir.
Nizami Bağırov
Şərhlər