Xəbər lenti

Livanın paytaxtı indi də başqa cür silkələndi
Dünya06:58 07.08.2020

Livanın paytaxtı indi də başqa cür silkələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Livanda baş verən partlayışdan sonra çox sayda insan tələfatı və dağıntı ilə əlaqədar hökumətin istefasını tələb edən Beyrutu etiraz aksiyaları bürüyüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Livan dövlət xəbər agentliyi MXA məlumat yayıb.
Aksiya iştirakçılarının yanğınlar törətməsi, dükanları yağmalaması və asayiş keşikçilərinə daş atması qeyd olunur. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə etməli olub.
Hakimiyyət partlayışın səbəbləri və şərtlərini araşdırır. MXA-nın verdiyi məlumata görə, hakim Faki Akiki məhkəmə çərçivəsində baş verənlərə görə məsuliyyət daşıyan 16 nəfərin nəzarətə alındığını söyləyib.
Alpər