Xəbər lenti

Lukaşenkodan İlham Əliyevə qeyri-adi TƏBRİK
Siyasət10:58 25.10.2013

Lukaşenkodan İlham Əliyevə qeyri-adi TƏBRİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Minskdə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin sammiti az əvvəl Azərbaycan prezidentinin təbrik olunması ilə başlayıb.

Virtualaz.org saytı Belarus qaynaqlarına istinadən xəbər verir ki, Minskdə Prezident Sarayında toplaşan dövlət başçılarının sammitini açmazdan əvvəl ev sahibi Aleksandr Lukaşenko Azərbaycan prezidentini seçkilərdə qələbə münasibətilə təbrik edib və ona gül buketi hədiyyə edib.

“İşə başlamazdan əvvəl icazə verin hamımızın adından hörmətli İlham Əliyevi inamlı qələbə münasibətilə təbrik edim və ona bu postda Azərbaycan dövlətinin və xalqının çiçəklənməsi naminə uğurlar arzu edim. Fikrimcə, bu, bizim ümumi mövqeyimizdir” - deyə Lukaşenko bildirib.

Dərhal sonra Belarus milli geyimində qızlar İ.Əliyevə gül buketi təqdim ediblər.  Hədiyyə İ.Əliyev üçün bir qədər gözlənilməz olub.

Belarus prezidenti isə izah edib: “Dünən atışdıq, Vladmir Vladimiroviç  Putin təklif etdi ki, gül alaq”.

Lukaşenko daha sonra Tacikistan prezidenti İmomali Rahmona yaxınlaşan prezident seçkilərində uğur arzulayıb. “Ancaq gülü bu gün təqdim etməyəcəyik, bu pis əlamət olar” -  Lukaşenko əlavə edib.

İlham Əliyev öz çıxışını təbrikə görə minnətdarlıqla başlayıb: “Aleksandr Qriqoryeviç, sizə təbrikə və isti sözlərə görə minnətdarlıq etmək istərdim. Bu, bir qədər gözlənilməz oldu”.

Qaynar.info