Lüksemburqun xarici işlər naziri Xavyer Bettel NATO xarici işlər nazirlərinin toplantısında Ukraynanın Alyansa daxil olmasının əleyhinə çıxış edərək bunun yeni münaqişələrə səbəb ola biləcəyinə işarə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” yazır.
Bettelin fikrincə, Rusiyanın hücumuna məruz qalan bir ölkənin üzvlüyü dərhal növbəti münaqişələrə səbəb ola bilər.
"Hesab edirəm ki, NATO-ya üzvülük yenidən gərginlik gətirəcək", deyə nazir bildirib.
Bunun əksinə olaraq Lüksemburqun Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynanın Avropa İttifaqına üzvlüyünün lehinə çıxış edib.
Qeyd edək ki, NATO-ya üzvülük yalnız 32 üzv ölkənin hamısının razılığı ilə mümkündür. İndi ABŞ, Almaniya, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniya Ukraynanın NATO-ya dəvət edilməsinin əleyhinədir.
Nizami Bağırov
Şərhlər