Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi "Ölümsüzlər" adlı kitabına səkkiz rayonda yerli icra hakimiyyətlərinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.
Bu barədə Elşad Barat özü məlumat verib. Bildirib ki, noyabrın 30-da ilk təqdimat Salyan Rayon İcra Hakimiyyətində keçirilib. Daha sonra Biləsuvar, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Cəlilabad rayonlarında kitabın təqdimat mərasimi baş tutub.
E. Barat bildirib ki, sözügedən səkkiz rayonda ümumilikdə 500-ə yaxın kitab paylanılıb. Hər tədbirdə rayon rəhbərliyi, ziyalılar və şəhid ailələri iştirak edib.
Qeyd edək ki, Elşad Barat İkinci Qarabağ savaşı şəhidlərinin hər birinə bir şeir həsr edir. Yüzə yaxın şəhid haqqında şeirlər "Ölümsüzlər" adlı kitabın ilk cildində cəmlənib. Kitabın sonunda ümumi şəhidlərin siyahısı var. Kitaba millət vəkili Adil Əliyev, xalq şairi Sabir Rüstəmxanlı və şair Ağacəfər Həsənli ön söz yazıb. Kitabın redaktoru Əsəd Cahangirdir.
Şərhlər