Xəbər lenti

Ölkə 09:33 17.11.2023

MŞ: "Qızıl qələm" öz etibarını itirib, haqlı narazılığa səbəb olub"

Azərbaycanda "Qızıl qələm" mükafatının verilməsi dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirib, cəmiyyətdə haqlı narazılığa səbəb olub:

"Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən bu məsələyə biganə qala bilməzdi. Buna görə də MŞ-nın tapşırığı ilə quruma faktiki rəhbərlik edən Ç.Qurbanoğlu Şuraya dəvət olunub, icraçı katibin müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırıb.

Nəticədə, Ç.Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb: "Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi "Qızıl qələm" və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm”.

Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir, yeri gəlmişkən, diğər ictimai qurumlara da müraciət edərək media adı ilə mükafatlar verilməsində ehtiyatlı davranmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır", - məlumatda deyilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->