Almaniyanın "Kayzerslautern” klubunun və Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli uzunmüddətli fasilədən sonra yaşıl meydanlara dönüb.
Qaynarinfo xəbər verir ki, 28 yaşlı futbolçu II Bundesliqanın XXIII turu çərçivəsində keçirilən "Proyssen Münster” ilə səfər qarşılaşmasında iştirak edib.
Komandasının 3:2 hesablı qələbəsi ilə başa çatan matçda Emreli görüşün 88-ci dəqiqəsində Naatan Skittanı əvəzləyərək meydana daxil olub.
Qeyd edək ki, Mahir Emreli uzun müddətdir zədədən əziyyət çəkirdi. O, sonuncu dəfə 2025-ci ilin 8 noyabr tarixində, II Bundesliqanın XII turu çərçivəsində "Herta”ya (0:1) məğlub olduqları oyunda forma geyinmişdi
Şərhlər