Xəbər lenti

Mahir Emrelinin yeni klubu məlum oldu
İdman13:42 18.06.2025

Mahir Emrelinin yeni klubu məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni komandasının adına aydınlıq gəlib.
Qaynarinfo xəbər verir ki, Azerisport.com-un məlumatına görə, hücumçu karyerasını Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern”də davam etdirəcək.
27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Ötən mövsüm 2-ci Bundesliqada 7-ci yeri tutan "Kayzerslautern” növbəti "futbol ili”ndə qarşısına elitaya yüksəlmək hədəfini qoyub.
Qeyd edək ki, Mahir Emreli 2024/25 mövsümündə "Nürnberq”in heyətində 2-ci Bundesliqada 24 oyunda 10 qol və 1 məhsuldar ötürməylə yadda qalıb. O, Almaniya Kubokunda daha 1 dəfə rəqib qapısına yol tapıb.