Xəbər lenti

Mahir yeni mövsümdə ilk dəfə fərqləndi, komandası 7 qol vurdu
İdman20:20 17.08.2025

Mahir yeni mövsümdə ilk dəfə fərqləndi, komandası 7 qol vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.
Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.
Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.
"Ayntraxt 1949" - "Kayzerslautern" - 0:7 
Qollar: Kunze, 11; Emreli, 15; Ji-Soo, 24; Hanslik, 35; Ritter, 49; Raşi, 72; Taçi, 90+1