Xəbər lenti

İdman 11:57 25.10.2023

"Mançester Siti" meydançaya keçmiş kapitanın adını verdi (VİDEO)

"Mançester Siti” İlkay Gündoğanın uğurlarını unutmayıb.

Qaynarinfo-nun məlumatına görə, kluba verdiyi töhfələrə görə keçmiş kapitanı İlkay Gündoğanın adını məşq meydançalarından birinə verib. Bu jestlə yanaşı, məşhur heykəltəraş Mark Kennedinin hazırladığı mozaika üzərində Gündoğanın ötən mövsüm "Aston Villa"ya vurduğu qolun xatirəsi əks olunub. "Mançester Siti”nin prezidenti Xaldun Əl-Mübarək sosial şəbəkədəki açıqlamasında komandaya verdiyi töhfələrə görə futbolçuya təşəkkür edib.

Türk əsilli alman futbolçu "Mançester Siti"də yeddiillik karyerası ərzində UEFA Çempionlar Liqası ilə yanaşı, beş Premyer Liqa, dörd Liqa Kuboku və iki dəfə Federasiya Kubokunun qalibi olub.

Gündoğan bu mövsümün əvvəlində İspaniya nəhəngi "Barselona" ya keçib.
 
 
 
 


Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->