Xəbər lenti

Mbappenin sevgilisi şayiələrə görə məhkəməyə müraciət edəcək
Maqazin 17:02 31.07.2026

Mbappenin sevgilisi şayiələrə görə məhkəməyə müraciət edəcək

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappenin sevgilisi, aktrisa Ester Eksposito şəxsi həyatı ilə bağlı yayılan yalan və böhtan xarakterli məlumatlara görə məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Son aylarda, xüsusilə də son günlərdə sosial şəbəkələrdə şəxsi həyatımla bağlı yalan və nüfuzuma xələl gətirən paylaşımlar və başlıqlar yayılır. Bunlar iki insan arasındakı münasibətləri gözdən salmağa və mənim ləyaqətimə toxunmağa yönəlmiş əsassız şayiələrdir. Hesab edirəm ki, artıq buna son qoymağın və məsul şəxslərə qarşı hüquqi addımlar atmağın vaxtıdır", deyə Eksposito yazıb.

Ester Eksposito İspaniyanın "Elita" serialında Karla Roson obrazını canlandırdıqdan sonra geniş tanınıb. Aktrisa fəaliyyətindən əlavə, model kimi də çalışır və bir sıra İspaniya brendlərinin simasıdır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->