Xəbər lenti

Məhbusun aclığı dayandırmasına çağırış edildi
Siyasət07:47 13.05.2014

Məhbusun aclığı dayandırmasına çağırış edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyirmi doqquz gündür ki, İranda milli fəal, Yeni GAMOH-un liderlərindən biri olan Yürüş Mehrəlibəyli aclıq aksiyası keçirir. Y.Mehrəlibəyli 9 il azadlıqdan məhrum edilib və son zamanlar onun ailəsinə də təzyiqlər edilməyə başlanılıb. Elə bu kimi təzyiqlərə etiraz olaraq milli fəal səhhətindəki ciddi problemlər yaranmasına rəğmən aclıq aksiyasını davam etdirməkdə dirəniş göstərir.
Qaynar.info-nun məlumatına görə, məsələ ilə bağlı Yeni Nəfəs Hərəkatı Güney Azərbaycanlı fəala müraciət edərək aclığı dayandırmasını xahiş edib.
“Əziz dostumuz, qandaşımız, soydaşımız Yürüş bəy! Sənin başlatdığın etiraz, həm də soydaşların olaraq bizim də etirazımızdır. Öz milli haqlarını tələb edən qardaşlarımızın mübarizəsini dəstəkləyir və sizlərdən mövcud reallığı nəzərə almanızı xahiş edirik. İstənilən mübarizə forması sənin varlığından, canından üstün ola bilməz. Milli mübarizə sənin kimi oğulların üzərində qurulduğundan, özünü qoru və aclığı dayandır. Yeni Nəfəs Hərəkatı olaraq, müstəqil Azərbaycan Respublikasındakı qardaş və bacıların olaraq bunu səndən xahiş edirik. Mübarizə hələ qarşıdadır və sən millətimizə lazımsan!
Qaynar.info