Xəbər lenti

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi
Sənət 18:05 04.02.2026

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.
 
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, o, "Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.

Mehriban Ələkbərzadə xəbəri təsdiqləyib.

"Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur” - deyə, M.Ələkbərzadə bildirib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bundan sonra Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri M. Ələkbərzadə də vəzifəsini itirmişdi.
--> -->